Məzmuna keç

Anakondalar

Vikipediya, azad ensiklopediya
Anakondalar
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Anakondalar
Beynəlxalq elmi adı

Anakondalar[2] — Yatağanlara aid ilanlar cinsi. Dörd növü məlumdur. İkisi nadir növdür. Cənubi Amerikanın şimali və mərkəzi hissəsində yayılmışlar. Həyat tərzi su ilə çox bağlıdır. Adi Anakonda (E.murinus)-ən iri müasir ilandır(uzunluğu 11 metrədək).Amazon çayı hövzəsində olan göllərin,bataqlıqların və çayların sahillərində,Trinidad və Tobaqo adalarında yaşayır.Gözəl üzür, suyun altında uzun müddət qala bilir:balıqları, körpə kaymanları,quşları və məməliləri ovlayır. Quraqlıq zamanı rütubətli lilin içərisinə girir və yağış mövsümünədək fəaliyyəti zəif olur. 15-25 (bəzən 40-dək)bala doğur. Nəzarətsiz ovlama nəticəsində Anakondaların sayı azalmışdır. Bir sıra zooparklarda yetişdirilir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. ↑ R Alexander Pyron, Frank T Burbrink, John J Wiens. A phylogeny and revised classification of Squamata, including 4161 species of lizards and snakes (ing.). // BMC Evolutionary Biology. BioMed Central, Springer Science+Business Media. 29 aprel 2013. Vol. 13, Iss. 1. P. 93. ISSN 1471-2148; 1471-2148 DOI PMID:23627680.
  2. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 465 – 466. ISBN 978-9952-441-02-4.