Məzmuna keç

Bundesrat

Vikipediya, azad ensiklopediya
Alman Federal Şurası
Bundesrat
Deutscher Bundesrat
Loqonun şəkli
Ümumi məlumatlar
Qısaltma adı BR
Ölkə
Təsis olunub 23 may 1949
Rəhbərlik
Alman Bundesratının Prezidenti Dietmar Vudke, SDP
1 Noyabr 2019 tarixindən
Birinci vitse prezident Daniel Qünter, XDİ
1 Noyabr 2019 tarixindən
İkinci Vitse Prezident Rayner Haselof, XDİ
1 Noyabr 2019 tarixindən
Quruluşu
siyasi partiyalar

  Hökumət (12)

  • Aşağı Saksoniya (6)
  • Meklenburq-Ön Pomeraniya (3)
  • Saarland (3)

  Neytral (57)

  • Baden-Württemberg (6)
  • Bavariya (6)
  • Cənubo Reyn-Vestfaliya (6)
  • Hessen (5)
  • Raynland-Palatina (4)
  • Berlin (4)
  • Saksoniya (4)
  • Şlezviq-Holştayn (4)
  • Brandenburg (4)
  • Saksoniya-Anhalt (4)
  • Türingiya (4)
  • Hamburg (3)
  • Bremen (3)
  Müxalifət (0)
Məclis zalı
{{{konfrans zalı}}}{{{konfrans zalı}}}
Qeydlər
bundesrat.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Federal Şura (Almanca: Bundesrat) — Almaniyanın 16 ştatının təmsil olunduğu qanunverici hakimiyyətdir. Əyalət hökumətləri tərəfindən təyin edilmiş 69 üzv qanunverici prosesdə iştirak edir. Federal hökumət qarşısında əyalətlərin maraqlarını təmsil edir. Hər federal qanun Federal Şurada da müzakirə edilməlidir. Federal qanunların formalaşmasına öz töhfəsini verir. Bundestaqla bərabər bir qanunverici qurum statusuna sahibdir.

Bundesratın quruluşu

Federal Şura Berlindəki keçmiş Prussiya Lordlar Palatasında toplanır. Əvvəlki görüş yeri keçmiş Qərbi Almaniyanın paytaxtı Bonnda idi. Federal Konstitusiyada Bundestaq, Federal Prezident, Federal Nazirlər Şurası və Federal Konstitusiya Məhkəməsi ilə birlikdə “əsas güc” adlanır.

Bundesratın iclas binası (keçmiş Prussiya Lordlar Palatası)
Prussiya Lordlar Palatası, Leipziger Straße, Bundesrat binası.

Bundesrath (1901-ci ildən: Ümumi imla islahatına görə, Bundesrat) Şimali Almaniya Konfederasiyası (1867) və Almaniya İmperiyası (1871) kimi adlar almışdır. Veymar Respublikası dövründəki həmkarı (1919-1933) Reyxsrat olmuşdur.

Federal Şuranın quruluşu Almaniya əyalətlərinin gücündəki dəyişikliklərdən asılı olaraq dəyişir və istənilən halda seçkilər zamanı fərqlilik göstərir. Federal şuradakı hər bir əyalət heyəti mahiyyət etibarilə əyalət hökumətlərinin nümayəndəsidir və hər bir əyalətin qanunverici hakimiyyət çoxluğunu, iqtidarını (koalisiyalar da daxil olmaqla) əks etdirir.

23 may 1949-cu ildə yaradılmışdır. 1 noyabr 2014-cü ildən Bundesratın sədri vəzifəsini Volker Bouffier (CDU partiyası) icra edir. Onun birinci müavini (1 noyabr 2014-cü ildən bəri) Stephan Weil (SPD partiyası), ikinci müavini isə (1 noyabr 2014-cü ildən bəri) Stanislaw Tillich (CDU partiyası) hesab olunur.

Mövcud quruluşu

[redaktə | vikimətni redaktə et]
Səslərin mövcud paylanması
Bölgə Əhali[1] Bundesratdaki yerləri Əhalinin yerə nisbəti Hakim partiya
(H-Hökumət)
(N-Neytral)
(M-Müxalifət)
Növbəti seçkilər İdarəçi
Baden-Württemberg 10,879,618   6   █ █ █ █ █ █ 1,813,270 Yaşıllar, XDİ(N) 2021 Winfried Kretschmann (Grüne)
Bavariya 12,843,514   6   █ █ █ █ █ █ 2,140,586 XSB, FW (N) 2023 Horst Seehofer (CSU)
Berlin 3,520,031   4   █ █ █ █ 880,008 SDP, Sol, Yaşıllar (N) 2021 Michael Müller (SPD)
Brandenburq 2,484,826   4   █ █ █ █ 621,207 SPD, CDU, Yaşıllar (N) mövcud Dietmar Woidke (SPD)
Bremen 671,489   3   █ █ █ 223,830 SDP, Yaşıllar, Sol (N) 2023 Jens Böhrnsen (SPD)
Hamburq 1,787,408   3   █ █ █ 595,803 SDP, Yaşıllar (N) 2020 Olaf Scholz (SPD)
Hessen 6,176,172   5   █ █ █ █ █ 1,235,234 XDİ, Yaşıllar (N) 2023 Volker Bouffier (CDU)
Aşağı Saksoniya 7,926,599   6   █ █ █ █ █ █ 1,321,100 SDP, XDİ (H) 2022 Stephan Weil (SPD)
Meklenburq-Ön Pomeraniya 1,612,362   3   █ █ █ 537,454 SDP, XDİ (H) 2021 Erwin Sellering (SPD)
Şimali Reyn-Vestfaliya 17,865,516   6   █ █ █ █ █ █ 2,977,586 XDİ, FDP (N) 2022 Hannelore Kraft (SPD)
Reynland-Pfalts 4,052,803   4   █ █ █ █ 1,013,201 SPD, FDP, Yaşıllar (N) 2021 Malu Dreyer (SPD)
Saarland 995,597   3   █ █ █ 331,866 XDİ, SDP (H) 2022 Annegret Kramp-Karrenbauer (CDU)
Saksoniya 4,084,851   4   █ █ █ █ 1,021,213 XDİ, SDP, Yaşıllar (N) 2024 Michael Kretschmer (CDU)
Saksoniya-Anhalt 2,245,470   4   █ █ █ █ 561,368 XDİ, SDP, Yaşıllar (N) 2021 Reiner Haseloff (CDU)
Schleswig-Holstein 2,858,714   4   █ █ █ █ 714,679 XDİ, Yaşıllar, FDP (N) 2022 Torsten Albig (SPD)
Türingiya 2,170,714   4   █ █ █ █ 542,679 Sol, SDP , Yaşıllar (N) 2024 Bodo Ramelow (DIE LINKE)
Ümumi əhali və şuradakı üzvlük sayı82,175,684691,190,952
  1. "Amtlicher Bevölkerungsstand am 31. Dezember 2015". 1 dekabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2020.