Məzmuna keç

Elli Rouzell

Vikipediya, azad ensiklopediya
Elli Rouzell
Rouzell 2025-ci ildə
Rouzell 2025-ci ildə
Ümumi məlumatlar
Doğum tarixi 19 iyul 1992(1992-07-19) (34 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2010-cu ildən
Janr alternativ rok
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elli Rouzell (19 iyul 1992, Böyük London) — İngiltərə müğənnisi; musiqiçi. Hazırda "Wolf Alice" indi-rok qrupunun solisti və gitaraçısı kimi fəaliyyət göstərir. Qrup onun rəhbərliyi altında nüfuzlu "Merkuri" mükafatına layiq görülüb.[1][2][3] Soprano səs tembrində oxuyur.[4][5]

Elli Rouzell 1992-ci ildə Londonun şimalında, Arçvey adlanan məhəllədə, irlandların sıx yaşadığı ərazidə doğulub. Nənə və babası İrlandiyanın paytaxtı Dublindən köçüb gəliblər.[6] Orta təhsilini 2003–2010-cu illərdə Kamden qızlar məktəbində alıb. Məktəbli ikən ədəbiyyata böyük maraq göstərib, hekayələr və şeirlər qələmə alıb. On dörd yaşında gitarada çalmağı öyrənib və bir müddət sonra "GarageBand" kompüter proqramının köməyi ilə öz mahnılarını yazmağa başlayıb.

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

İfaçı 2018-ci ilin payızında həmkarı Ayzek Holmanla nişanlanması haqqında mətbuatda yayılan məlumatları yalan adlandırıb.[7] 2021-ci ilin əvvəlində isə Rouzell ictimaiyyətə maraqlı bir açıqlama verib. O, bir müddət əvvəl iştirak etdiyi musiqi festivalında məşhur rok ifaçısı Merilin Mensonun səhnə arxasında "GoPro" kamerası ilə ona qarşı ədəbsiz hərəkətə yol verdiyini bildirib. Bu açıqlama Mensona qarşı bir sıra başqa şəxslərin də oxşar şikayətlərindən sonra gəlib.[8]

Siyası mövqeyi

[redaktə | vikimətni redaktə et]

2017-ci ildə Britaniyada keçirilən parlament seçkilərində siyasi mövqeyini açıq şəkildə ortaya qoyub. O, Leyboristlər Partiyasını dəstəklədiyini bildirib və seçiciləri ədalətli və ədalətsiz qüvvələr arasında seçim etməyə çağırıb.[9] Xüsusilə partiyanın o vaxtkı rəhbəri Ceremi Korbinin güclü tərəfdarı olub. Təsadüfi deyil ki, həmin il oktyabrda Korbin də öz növbəsində Rouzellin qrupunu dəstəkləyib. O, sosial şəbəkədə "Wolf Alice" qrupunun yeni "Visions of a Life" albomunun alınmasına çağırış edib. Məqsəd albomu Britaniya musiqi cədvəllərində birinci yerə çıxarmaq və məşhur müğənni Şanaya Tveynin "Now" albomunu qabaqlamaq olub.[10][11][12] Korbin bu addımını qrupun seçkilərdə ona göstərdiyi dəstəyə cavab kimi izah edib.[13]

  1. ↑ Nicolson, Barry. "Wolf Alice on their epic second album, 'Visions Of A Life'". NME. 11 avqust 2017. 29 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2025.
  2. ↑ McCormick, Neil. "Wolf Alice interview: 'I never felt much like a girl'". The Daily Telegraph. 27 avqust 2015. 25 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2021.
  3. ↑ Duerden, Nick. "Wolf Alice interview: 'I often wonder why girls who do get into music tend to be just singers, or else play the piano'". The Independent. 21 iyun 2016. 3 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2018.
  4. ↑ Ganz, Caryn. "John Mayer's Retro Moper, and 10 More New Songs". The New York Times. 4 iyun 2021. 27 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2022.
  5. ↑ H Green, Thomas. "Album: Wolf Alice − Blue Weekend". The Arts Desk. 4 iyun 2021. 8 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2022.
  6. ↑ Lanham, Tom. "Wolf Alice frontwoman Ellie Rowsell transitions from teen recluse to indie heroine". Colorado Springs Independent. 31 yanvar 2018 tarixində arxivləşdirilib.
  7. ↑ Reilly, Nick. "Wolf Alice's Ellie Rowsell denies she's engaged to Slaves' Isaac Holman". NME (ingilis). 2 oktyabr 2018. İstifadə tarixi: 28 iyul 2023.
  8. ↑ "Wolf Alice's Ellie Roswell accuses Marilyn Manson of upskirt filming". BBC News. 8 fevral 2021. 20 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2021.
  9. ↑ Daly, Rhian. "Wolf Alice's Ellie Rowsell endorses Jeremy Corbyn and calls election 'vote between the fair and unfair'". NME. 10 may 2017. 22 iyul 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2025.
  10. ↑ Bartleet, Larry. "Shania Twain stans found that Wolf Alice tweet – and they're not happy". NME. 5 oktyabr 2017. 5 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2021.
  11. ↑ Sexton, Paul. "Shania Twain Narrowly Beats Wolf Alice For No. 1 U.K. Comeback". Billboard. 6 oktyabr 2017. 5 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2021.
  12. ↑ "Shania Twain v Wolf Alice: The unlikely chart battle". Newsbeat. 6 oktyabr 2017. 5 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2021.
  13. ↑ "Jeremy Corbyn backs Wolf Alice in race for number one". ITV News. 5 oktyabr 2017. 26 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2021.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]