Erika Vikman
| Erika Vikman | |
|---|---|
| fin Erika Susanna Vikman | |
| | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 20 fevral 1993 (33 yaş) |
| Doğum yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni |
| Fəaliyyət illəri | 2013-cü ildən |
Erika Susanna Vikman (fin Erika Susanna Vikman; 20 fevral 1993, Tampere) — finlandiyalı müğənni, bəstəkar və bədii rəhbəri. O, karyerasına fin tanqosu müğənnisi kimi başlayıb. 2020-ci ildə Erika "Cicciolina" mahnısı ilə "Uuden Musiikin Kilpailu" seçim turunda iştirak edərək ikinci yeri tutaraq, diqqətləri özünə cəlb edə bilib. 2025-ci ildə isə revanş götürərək "Eurovision-2025" mahnı müsabiqəsində Finlandiyanı Bazeldə "Ich komme" mahnısı ilə təmsil edərək, finalda 11-ci yeri tutub.
Həyatı
[redaktə | vikimətni redaktə et]Erika Vikman, 20 fevral 1993-cü ildə Tampere şəhərində anadan olub.[1] O, Lempyalya və Poridə böyüyüb.[2] Anası da Erika kimi fin tanqosu janrında müğənni olub və "Tanqo Yarmarkası" festivalında iştirak edib.[3] Erikanın bacısıennika da müğənnidir. Vikman yeniyetmə yaşlarında oxumağa başlayıb və 2008-ci ildə yeniyetmələr arasında keçirilən tanqo müsabiqəsində qızlar arasında qalib gəlib. 2010-cu ildə doğma Tampere şəhərindəki yarışmalarda iştirak edib.[4]
Vikman Tamperedəki birgə təhsil orta məktəbində oxuyub və 2013-cü ildə oradan məzun olaraq orta təhsil haqqında diplom alıb.[5] Bundan sonra o, Pirkanmaa Musiqi Kollecində pop-caz vokal sənəti üzrə də təhsil alıb.[6]
Şəxsi həyatı
[redaktə | vikimətni redaktə et]2016–2020-ci illərdə tanınmış fin müğənnisi Denni ilə münasibəti olub. Onlar Kirkkonummidə birlikdə yaşayıblar.[7][8]
2020-ci ildə Erika biseksual olduğunu bəyan edərək kaminq-aut edib.[9]
2024-cü ildən etibarən, təsdiqlənməmiş məlumatlara görə, 2023 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı təmsil edən reper Käärijä ilə münasibətdədir.[10]
Karyerası
[redaktə | vikimətni redaktə et]2013–2019: Fin tanqosu və "Tanqo yarmarkası 2016"
Karyerasına fin tanqo müğənnisi kimi başlayan Vikman ilk dəfə 2016-cı ildə "Tangomarkkinat" müsabiqəsində qalib gəldikdən sonra tanınmağa başlayıb.[11]
Televiziya layihəsindəki məğlubiyyətindən sonra fin tanqo müğənnisi kimi məşhurlaşıb. 2015-ci ildə "Tanqo yarmarkası" festivalında iştirak edərək ikinci yerin qalibi olub. Növbəti il isə qalib olub. Vikman "Sony Music" ilə müqavilə imzalayaraq, 2017-ci ildə özünün ilk "Ettei mee elämä hukkaan" sinqlını buraxıb. Bu mahnı onun elektropop musiqisindəki ilk eksperimentidir.[12]
2020—hazırkı dövr: Uuden Musiikin Kilpailu 2020 və 2025 Avroviziya Mahnı Müsabiqəsi
2020-ci ildə Finlandiyanın "Warner Music" şirkəti ilə müqavilə imzaladı və Yle onun "Avroviziya" mahnı müsabiqəsinin milli seçim turunda iştirakı təsdiqlənib.[13] Müsabiqədə "Cicciolina" ləqəbi ilə çıxış edən macar-italyan pornoaktrisa və siyasətçi İlona Staller haqqında olan eyniadlı "Cicciolina" mahnısı ilə iştirak edib. Finala vəsiqə qazanaraq, ikinci yeri tutub: o, tamaşaçılardan ən çox səs toplasa da, peşəkar münsiflər heyətinin seçiminə görə üçüncü yerdə qərarlaşıb. İkinci yeri tutmasına baxmayaraq, mahnısı Finlandiyada böyük populyarlıq qazanaraq, ölkənin milli hit-paradlarında ilk beşliyə daxil olub. "Cicciolina"nın uğurundan sonra buraxdığı yeni "Syntisten pöytä" sinqlı da ilk beşliyə düşüb, sonradan isə radiolarda bir nömrəli hitə çevrilib. 2020-ci ildə "Maska" teleşousunun Finlandiya versiyasının ilk mövsümündə üçüncü yeri tutub.[14]
2021-ci ilin avqustunda "Erika Vikman" adlı debüt studiya albomunu buraxıb. Albom Finlandiyada birinci yeri tutub.[15]
2025-ci ildə Erika revanş etmək qərarına gəlib və ikinci dəfə UMK-ya müraciət etdi; 2025-ci ilin yanvarında onun milli seçim turunda iştirakı təsdiqləndi. Nəticələrə görə o, birinci yeri tutub və "Ich komme" mahnısı ilə Bazeldə keçirilən "2025 Avroviziya Mahnı Müsabiqəsi" mahnı müsabiqəsində Finlandiyanı təmsil edib.[16]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "MTV.fi esittelee tangofinalistit – nämä kuusi naista tähtäävät voittoon". MTV Finland. 18 iyun 2015. 17 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2021.
- ↑ Vainio, Laura. "Erika Vikman tuo Idols-finaaleihin swagia" (Finnish). Lempäälän-Vesilahden Sanomat. 22 oktyabr 2013. 11 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2026.
- ↑ "DNA TV" (Finnish). 16 iyun 2016.
- ↑ "ChillHousen iltaohjelmat joka ilta klo 19.00!" (Finnish). Nuorten Tampere. 15 fevral 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2026.
- ↑ "Tampereen yhteiskoulun lukio" (Finnish). Yle. 17 may 2013. 20 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2021.
- ↑ Airaksinen, Annastiina. "Tamperelaisen tangolaulajattaren tavoitteena pelastaa tangon tulevaisuus" (Finnish). Aamulehti. 7 iyul 2016. 8 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2021.
- ↑ Jokinen, Juha Veli. "Nyt puhuu Dannyn kanssa seurusteleva Erika Vikman: "Olen onnellinen, että uskalsin lähteä tähän suhteeseen"" (Finnish). Iltalehti. 19 dekabr 2016. 15 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2026.
- ↑ Mettänen, Heli. "Danny ja Erika Vikman: Ero!" (Finnish). Iltalehti. 5 sentyabr 2020.
- ↑ "Apu: Dannyn, 77, kanssa seurusteleva Erika Vikman, 27, paljastaa ihastuvansa myös naisiin: "Alaikäraja minulla on olemassa"" (Finnish). Ilta-Sanomat. 5 mart 2020.
- ↑ Kantola, Iida. "Kotiliesi: Erika Vikman, 25, muutti avoliittoon Dannyn, 76, kanssa – avautuu lapsihaaveistaan: "Ei olisi oikein tässä suhteessa"" (Finnish). Ilta-Sanomat. 11 oktyabr 2018.
- ↑ "Nämä Idols-kilpailijat jatkavat suoriin LIVE-lähetyksiin" (Finnish). mtv3.fi. 14 oktyabr 2013.
- ↑ "Tangokuningatar Erika Vikman julkaisi ensimmäisen oman singlen" (Finnish). Sony Music. 10 fevral 2017. 18 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2021.
- ↑ "Here are the UMK finalists – Who will represent Finland at the 2020 Eurovision Song Contest?". Yle. 21 yanvar 2020. 21 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2021.
- ↑ "Ampiaisen henkilöllisyys vahvistui viimein – kertoo asun aiheuttaneen päänvaivaa: "Kuin märkä sukelluspuku"" (Finnish). MTV Uutiset. 16 may 2020.
- ↑ Siltanen, Vesa. "Uudet Vain elämää -artistit julki – Satulinnaan lähtevät muun muassa Mikko Alatalo, Jyrki 69, Tommi Läntinen, Yona ja Meiju Suvas". soundi.fi (Finnish). 24 may 2022.
- ↑ "Grand Final – Eurovision Song Contest 2025". Eurovision.tv. European Broadcasting Union (EBU). 28 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2025.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Erika Vikman — Instagram səhifəsi