Məzmuna keç

Robert Elliot Kan

Vikipediya, azad ensiklopediya
Robert Elliot Kan
Doğum tarixi 23 dekabr 1938(1938-12-23) (87 yaş)
Doğum yeri
Elm sahəsi informatika
Elmi dərəcəsi
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Elliot Kan (ing. Robert Elliot Kahn; 23 dekabr 1938, Nyu-York) —ABŞ elektrik mühəndisi və Vint Serf ilə birlikdə internetin mərkəzində əsas rabitə protokolları olan transmissiya idarəetmə protokolunu (TCP) və internet protokolunu (IP) ilk dəfə təklif etmişdir.

2004-cü ildə Kan TCP/IP üzərindəki işlərinə görə Vint Serf ilə birlikdə "Türinq" mükafatını qazanmışdır.[2]

Robert Elliot Kan Nyu-Yorkda aşkenazi yəhudi ailəsində anadan olmuşdur, valideynləri Bitris Paulin və Lorens Kandır.[3][4][5][6][7] Atası vasitəsilə futurist Herman Kan ilə qohumdur. 1960-cı ildə Nyu-York Şəhər Kollecində elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi aldıqdan sonra Kan Prinston Universitetinə getmişdir. O, burada 1962-ci ildə magistr dərəcəsi və 1964-cü ildə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi əldə etmişdir. O, Prinstondakı professor Bed Liudan məsləhət almış və "Siqnalların seçilməsi və modulyasiyasında bəzi problemlər" adlı doktorluq dissertasiyasını tamamlamışdır.[8][9] O, əvvəlcə "Bolt Beranek and Newman Inc."da çalışmış, sonra 1972-ci ildə DARPA daxilində İnformasiya Emalı Texnikaları Ofisinə (IPTO) qoşulmuşdur. 1972-ci ilin payızında Beynəlxalq Kompüter Rabitə Konfransında 20 müxtəlif kompüteri birləşdirərək ARPANET-i nümayiş etdirmişdir.[10] Daha sonra müxtəlif kompüter şəbəkələrini birləşdirmək üçün TCP/IP protokollarını inkişaf etdirməyə kömək etmişdir. IPTO-nun direktoru olduqdan sonra Birləşmiş Ştatlar hökumətinin milyard dollarlıq kompüter tədqiqatı və inkişafı proqramı olan Strateji Hesablama Təşəbbüsünə başlamışdır.[11]

On üç ildən sonra 1986-cı ildə DARPA-dan ayrılmış və Milli Tədqiqat Təşəbbüsləri Korporasiyasını (CNRI) yaratmışdır. O, hələ də təşkilatın sədri, baş direktoru və prezidenti olaraq qalır.[12]

Müasir internetin texniki əsasını yaradan Kan və Serfin 1970-ci illərdəki işi çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülmüşdür:

  • "Harri Hud" memorial mükafatı (1986)
  • EFF Pioneer Award (1992)
  • SIGCOMM Award (1993)
  • Markoni mükafatı (1994)
  • Kompüter pioneri (1996)
  • "ABŞ Milli Texnologiya və İnnovasiya" medalı (1997)
  • "Aleksandr Qreyam Bell" qızıl medalı (1997)
  • Çarlz Stark Draper mükafatı (2001)
  • Texniki və Elmi Tədqiqatlar üzrə Asturiya Şahzadəsi mükafatı (2002)
  • "Türinq" mükafatı (2004)
  • "Prezident Azadlıq" medalı (2005)
  • C&C Prize (2005)
  • "Yaponiya" mükafatı (2008)[13]
  • "Harold Pender" mükafatı (2010)
  • İnternet Şöhrət Zalı (2012)
  • Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin fəxri elmlər doktoru (2012).[14]
  • "Mühəndislik üzrə Kraliça II Yelizaveta" mükafatı (2013)
  • "Bencamin Franklin" medalı (2018)

Fəxri dərəcələri

[redaktə | vikimətni redaktə et]

Robert Elliot Kan Prinston Universiteti, Pavia Universiteti, ETH Sürix, Merilend Universiteti, Corc Meyson Universiteti, Mərkəzi Florida Universiteti və Piza Universitetindən fəxri dərəcələr və London Universitet Kollecinin fəxri təqaüdünü almışdır.

2012-ci ildə Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.[15]

  1. ↑ Robert E. Kahn – NAS (ing.). nasonline.org. (İstifadə tarixi: 1 may 2025).
  2. ↑ "Robert E Kahn - A.M. Turing Award Laureate". amturing.acm.org. 13 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2023.
  3. ↑ "Leaders in Technology, and Also Jewish | Jewish Reconstructionist Community". 20 mart 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2017.
  4. ↑ "Jew of the Week: Bob Kahn - Jew of the Week". www.jewoftheweek.net. 22 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2023.
  5. ↑ Oral History of Robert Kahn Arxiv surəti 7 iyul 2010 tarixindən Wayback Machine saytındaArxivləşdirilib iyul 7, 2010, at the Wayback Machine
  6. ↑ Who's who in Frontiers of Science and Technology
  7. ↑ Paid Notice: Deaths KAHN, LAWRENCE - New York Times Arxivləşdirilib 2017-09-14 at the Wayback Machine. Nytimes.com (April 30, 1999). Retrieved on 2013-07-24.
  8. ↑ "Bede Liu | Dean of the Faculty". dof.princeton.edu. 6 sentyabr 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2021.
  9. ↑ Kahn, Robert E. Some problems in the sampling and modulation of signals (ingilis). 1964. 25 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2023.
  10. ↑ Kahn, Robert E. "CBI oral history interview with Robert E. Kahn". 24 aprel 1990.
  11. ↑ "Robert E. Kahn". Corporation for National Research Initiatives. 20 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2021.
  12. ↑ "About CNRI". CNRI. fevral 2022. 15 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2022.
  13. ↑ "Англ.: Сообщение оргкомитета Премии Японии от 10.01.2008" (PDF). 29 fevral 2008 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 yanvar 2008.
  14. ↑ "Вручение диплома и мантии Почетного доктора НИУ ИТМО Роберту Кану" (PDF). 22 aprel 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 oktyabr 2012.
  15. ↑ "Robert Kahn will receive a degree and a mantle of Honorary Doctor of Science in the University ITMO". en.ifmo.ru. 19 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2023.
  16. ↑ Robert Kahn; Vinton Cerf. "Al Gore and the Internet". The Register. 2 oktyabr 2000. 19 sentyabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2008.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]