Məzmuna keç

Saturn (planet)

Bu seçilmiş məqalədir. Daha çox məlumat üçün bura klikləyin.
Vikipediya, azad ensiklopediya

Saturn ♄
265
Saturnun Ekinoksa yaxınlaşdığı vaxt Kassini tərəfindən təbii rəngində 2008-ci ilin iyulunda çəkilmiş şəkli; sol alt küncdəki nöqtə Titandır.
Orbital xarakteristikaları[1]
Dövr J2000
Afelisi 1.514,50 milyon km
10,1238 a.v.
Perihelisi 1.352,55 milyon km
9,0412 a.v.
Böyük yarımoxu
1.433,53 milyon km
9,5826 a.v.
Orbitinin ekssentrisiteti 0,0565
29,4571 il
10.759,22 gün
24.491,07 Saturn Günəş günü[2]
378,09 gün
Orbital sürəti
9,68 km/san
Orta anomaliyası 317,020°[3]
Orbitin meyli 2,485° ekliptə nəzərən[3]
5.51° Günəş ekvatoruna nəzərən[3]
0,93° sabit müstəviyə nəzərən[4]
Qalxan düyünün uzunluğu
113,665°
Perisentr arqumenti
339,392°[3]
Nəyin peykidir Günəş
Kəşf edilmiş peykləri 292[5]
Fiziki xarakteristikaları[1]
Orta radiusu
58.232 km
Ekvator radiusu
60.268 km
9,449 Yer radiusu
Qütb radiusu
54.364 km
8,552 Yer qütb radiusu
Qütb sıxılması 0,09796
Səthinin sahəsi
4,27×1010 km2[6]
83,703 Yer səthi
Həcmi 8,2713×1014 km3
763,59 Yer həcmi
Kütləsi 5,6834×1026 kq
95 159 Yer kütləsi
Orta sıxlığı
0,687 q/sm3
(sudan az)
10,44 m/san2
0,22[7]
35,5km/san
10 saat 33 dəq 38 san[8][9]
Ekvatorial fırlanma sürəti
9,87 km/san
Oxunun meyilliyi
26,73° (orbitə nəzərən)
Şimal qütbünün birbaşa çıxması
40,589°; 2 saat 42 dəq 21 san 
Albedo 0,342 (Bond)[10]
0,499 (hənd.)[11]
Temperatur 134 K
Səth temp. min orta maks
1 bar 134 K (−139 ° C)
0,1 bar 84 K (−189 ° C)
−0,55[12] – 1,17[12]
Mütləq ulduz ölçüsü
−9,7[13]
14,5″ to 20,1″ (halqalar istisna olmaqla)
Atmosfer[1]
140 kPa[14]
59,5 km
Atmosfer tərkibi

həcm ilə

  • 96,3%±2,4% Hidrogen (H2)
  • 3,25%±2,4% Helium (He)
  • 0,45%±0,2% metan (CH4)
  • 0,0125%±0,0075% Ammonyak (NH3)
  • 0,0110%±0,0058% Hidrogen deytrat (HD)
  • 0,0007%±0,00015% Etan (C2H6)

Buzlar:

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saturn, köhnəlmiş adı Zühəl[15][16] — Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planet. Saturn radiusu Yerin radiusundan təqribən doqquz onda beş dəfə böyük olan qaz nəhəngidir.[17][18] Saturnun orta sıxlığı Yerin orta sıxlığının səkkizdə biri qədər olsa da, kütləsi Yerin kütləsindən 95 dəfə çoxdur.[19][20][21] Planetin adı Roma mifologiyasında tanrı olan Saturndan gəlir və astronomik simvolu (♄) Saturnun orağını təmsil edir.

Ehtimal olunur ki, Saturnun daxili nüvəsi dəmir-nikel və qayadan (silisium və oksigen birləşmələri) təşkil olmuşdur. Bu nüvənin də metallik hidrogenlə əhatələndiyi, orta təbəqələrdə maye hidrogenlə maye heliumun yerləşdiyi və Frenkel xəttindən xaricdə qalan hissənin də qaz təbəqəsindən ibarət olduğu düşünülür. Saturnun yuxarı atmosferi ammonyak kristallarından təşkil olunduğundan rəngi açıq sarı görünür. Metallik hidrogen təbəqəsindəki elektrik axınının planetin maqnit sahəsinin yaranmasına səbəb olduğu düşünülür. Bu axın Yerdəkinə nisbətən daha zəif olmasına baxmayaraq, planetin böyük ölçüləri səbəbindən onun maqnit momenti Yerin maqnit momentindən 580 dəfə böyükdür. Saturnun maqnit sahəsinin gücü Yupiterin maqnit sahəsinin gücünün iyirmidə birinə bərabərdir.[22] Saturnun yuxarı atmosferi əsasən mülayim və sakitdir. Buna baxmayaraq, uzun müddət davam edən atmosfer hadisələri də müşahidə oluna bilir. Saturnda küləyin sürəti 1800 km/saata bərabərdir ki, bu göstərici Yupiterdəkindən daha güclü, Neptundakından isə daha zəifdir.[23] 2019-cu ilin yanvarında tədqiqatçılar Saturnun C halqası üzərində aparılan araşdırmalara əsasən bir Saturn gününün 10 saat 33 dəqiqə 38 saniyə (± 1 dəqiqə 19 saniyə) olduğunu müəyyən etmişlər.[8][9]

Saturn doqquzu davamlı halqa və üçü davamsız kaman formalı olmaqla buz hissəcikləri, qaya parçaları və kosmik tozdan ibarət olan diqqətçəkən halqa sisteminə sahibdir. Saturnun kəşf olunmuş 274 peyki vardır[5] ki, bunlardan 53-ü rəsmi şəkildə adlandırılmışdır. Bu siyahıya halqalardakı nisbətən iri hissəciklər daxil edilmir. Saturnun ən böyük peyki Titandır və ölçüsünə görə Günəş sistemində Qanimeddən sonra ikinci peykdir. Ölçüsünə görə Merkuridən daha böyük olan Titanın vacib bir xüsusiyyəti də diqqətçəkən atmosferə sahib olmasıdır.[24]

Fiziki xüsusiyyətlər

[redaktə | vikimətni redaktə et]
Saturnun Yerlə müqayisəsi

Saturn əsasən hidrogen və heliumdan təşkil olunduğundan qaz nəhəngidir. Bərk səthə malik deyil, ancaq sərt nüvəyə malik olması ehtimalı vardır.[25] Saturn öz oxu ətrafında sürətlə fırlandığına görə qütblərdən basıq formadadır. Ekvator (60. 268 km) və qütb radiusu (54.364 km) arasında 10 % fərq vardır.[1] Yupiter, Uran və Neptun kimi əsasən qazdan təşkil olunmuş planetlər də qütblərdən basıq formadadır, ancaq Saturnda bu daha qabarıq formada nəzərə çarpır. Saturn Günəş sistemində sıxlığı sudan az olan (təqribən 30 % daha az) tək planetdir.[26] Saturnun nüvəsinin suya nəzərən olduqca sıx olmasına baxmayaraq, sıxlığı az olan yuxarı qatlarına görə orta sıxlığı 0,69 q/sm3-ə bərabərdir. Yupiter kütləsinə görə Yerdən 318 dəfə[27], Saturn isə 95 dəfə daha ağırdır.[1] Yupiter və Saturn birlikdə kütləsi Günəş sistemindəki planetlərin ümumi kütləsinin 92%-ni təşkil edir.[28]

Daxili quruluşu

[redaktə | vikimətni redaktə et]
Saturnun daxili quruluşunu göstərən diaqram

Saturn əsasən hidrogen və heliumdan təşkil olunmasına baxmayaraq, bu maddələrin çox hissəsi qaz halında deyildir. Çünki hidrogenin sıxlığı 0,01 q/sm3-dən çox olduğu halda ideal olmayan maye halına keçir və Saturnun kütləsinin 99,9 %-ni təşkil edir. Saturnun daxilinə doğru getdikcə istilik, sıxlıq və təzyiq artır və bu da nüvənin ətrafında hidrogenin metal xüsusiyyətləri daşımasına səbəb olur.[28] Standart planetlər modelinə görə Saturnun daxili hissəsinin Yupiterin daxili hissəsinə oxşadığı, kiçik qaya nüvəyə sahib olduğu və onun ətrafının bir qədər uçucu maddələrlə birgə hidrogen və heliumla əhatələndiyi düşünülür.[29] Bu nüvənin tərkibi Yerin nüvəsinə oxşayır, ancaq sıxlığı daha çoxdur. Saturnun qravitasiya momentinin daxili fiziki quruluş modelləri ilə birgə öyrənilməsi nəticəsində, fransız astronomlar, Didier Saumon və Tristan Quillot nüvənin kütləsinə məhdudiyyət tətbiq olunması düşüncəsini qəbul etdi. 2004-cü ildə düşünülürdü ki, nüvənin diametri təqribən 25.000 kilometrdir[30] və kütləsi Yerdən 9–22 dəfə çoxdur.[31][32] Nüvənin metalik hidrogenlə əhatələndiyi və daha yuxarı qatlarda tədricən qaz halına keçən heliumla hidrogen təbəqəsinin olduğu düşünülürdü. Ən xaricdə yerləşən təbəqənin qalınlığı 1000 kilometrdir və qaz halındadır.[33][34][35]

Saturnun nüvəsində 11.700 °C-yə çatan istilik vardır və ətrafa Günəşdən qəbul etdiyindən 2,5 dəfə çox enerji yayır. Yupiterin termal enerjisi yavaş qravitasiya sıxışdırmasının Kelvin-Helmholtz mexanizmi tərəfindən meydana çıxır, ancaq Saturnun kütləsi nisbətən az olduğundan bu planetin daxili istiliyini açıqlamaq üçün kifayət deyildir. Saturnun daxilində helium damcılarının yağış olaraq yağması kimi alternativ və ya əlavə mexanizmin isinmənin qaynağı olduğu düşünülür. Helium damcıları daha az sıxlıqlı hidrogenə doğru enərkən sürtünmə nəticəsində istiliyi sərbəst buraxır və xarici təbəqələrdəki helium azalır.[36][37] Bu enən damcıların nüvəni əhatələyən helium təbəqəsində yığılması ehtimalı vardır.[29] Və buz nəhəngləri olan Neptunla Uran kimi Saturnda da və həmçinin Yupiterdə[38] almaz yağışlarının olduğu düşünülür.[39]

Saturnu əhatələyən metan zolaqları. Diona peyki halqalrın altında görünür.

Saturnun xarici atmosferinin tərkibi 96,3 % molekulyar hidrogen və 3,25 % heliumdan ibarətdir.[40] Günəşdəki heliumun bolluğu ilə müqayisədə Saturnda heliumun nisbəti önəmli dərəcədə azdır.[29] Heliumdan daha ağır (metal) maddələrinin nisbəti bilinməsə də, onların Günəş sisteminin yaranmasının ilkin mərhələlərindəki miqdarına uyğun olduğu düşünülür. Bu ağır elementlərin ümumi kütləsinin Yerdən 19–31 dəfə daha ağır olduğu düşünülür və önəmli hissəsinin nüvə ətrafında olduğu düşünülür.