Məzmuna keç

Senat

Vikipediya, azad ensiklopediya

Senat (lat. senātus; lat. senex sözündən əmələ gəlib, sözbəsöz tərcümədə "qoca" deməkdir) — dövlət hakimiyyətinin ən yüksək orqanlarından biri, çox vaxt qanunvericilik məclisinin (parlamentin) yuxarı palatası.[1]

Bəzi dövlət və ölkələrdə senat ən yüksək məhkəmə orqanlarının daxilindəki departamentlərə verilən addır. Senat üzvlərinə "senatorlar" deyilir. Sözün mənşəyi hakimiyyətin qəbilə ağsaqqallarına məxsus olduğu ən qədim sosial quruluş formalarından biri ilə əlaqələndirilir və buna görə də "senat" termini adətən "ağsaqqallar şurası" kimi qələmə verilir. "Senat" adı, eramızdan əvvəl VIII əsrdə qurulan və eramızın VI əsrində fəaliyyətini dayandıran Qədim Roma senatından sonra dünya miqyasında istifadə olunmağa başlamışdır. Bizans imperiyasında "sinklitus" adlanan senat, 1204-cü ildə səlibçilər tərəfindən dağıdılana qədər mövcud idi.

Müxtəlif dövlət və ölkələrdə senatlar

[redaktə | vikimətni redaktə et]
  • Roma senatı
    • Senat — Qədim Romanın ən yüksək dövlət orqanlarından biri.[2]
    • Roma Respublikasının Senatı, 1143-cü ildə Breşiyalı Arnold tərəfindən bərpa edilmişdir.
  • Polşa senatı
    • Polşa-Litva Birliyinin senatı — 1569-cu ildən 1795-ci ilə qədər parlamentin yuxarı palatası.
    • Polşa Krallığı senatı — 1815-ci ildən 1831-ci ilə qədər Polşa krallığı seyminin palatalarından biri.
    • Polşa senatı — 1922-ci ildən 1946-cı ilə qədər parlamentin yuxarı palatası.
  • Rusiya
    • Rusiya senatı — Rusiya imperiyasında imperatora tabe olan ən yüksək dövlət orqanı.[1][3]
  • Türkiyə senatı
    • Respublika senatı — 1961-ci ildən 1982-ci ilə qədər parlamentin yuxarı palatası.
  • Fransa senatı
    • Qoruyucu Senat — 1799-cu ildən 1814-cü ilə qədər ən yüksək qanunverici orqan .
    • Senat (İkinci imperiya) — 1852-ci ildən 1870-ci ilə qədər ən yüksək qanunverici orqan idi.

Müasir dövrdə

[redaktə | vikimətni redaktə et]
  • Amerika Birləşmiş Ştatları Senatı — Amerika Birləşmiş Ştatları Konqresinin yuxarı palatası.
  • Argentina Millətinin Senatı (isp. Senado de la Nación Argentina) — Argentina Milli Konqresinin yuxarı palatası.
  • Avstraliya Senatı (ing. Australian Senate) — Avstraliya Parlamentinin yuxarı palatası.
  • Senat (Baham) — Baham Adaları Birliyi Parlamentinin yuxarı palatası.
  • Barbados Senatı (ing. Senate of Barbados) — Barbados Parlamentinin yuxarı palatası.
  • Belçika Senatı (fr. Sénat de Belgique) — Belçikanın ikipalatalı federal parlamentinin yuxarı palatası.
  • Beliz Senatı (ing. Senate of Belize) — Beliz Parlamentinin yuxarı palatası.
  • Berlin Senatı (alm. Senat von Berlin‎) — Berlin əyalətinin hökumətidir və ona İdarəedici Mer rəhbərlik edir.
  • Boliviya Senatorlar Palatası (isp. Cámara de Senadores) — Boliviya Parlamentinin yuxarı palatası.
  • Braziliya Senatı (port. Senado Federal do Brasil)) — Braziliya Federativ Respublikası parlamentinin yuxarı palatası.
  • Burundi Senatı — Burundi parlamentinin yuxarı palatası.
  • Cənubi Afrika Senatı və ya Əyalətlərin Milli Şurası — Cənubi Afrika Respublikası Parlamentinin yuxarı palatası.
  • Çexiya Parlamentinin Senatı (çex. Senát Parlamentu České republiky) — Çexiya Parlamentinin yuxarı palatası.
  • Çili Senatı — Çili Respublikası parlamentinin yuxarı palatası.
  • Dominikan Respublikası Senatı — Dominikan Respublikası parlamentinin yuxarı palatası.
  • Esvatini Senatı — Esvatini Krallığı parlamentinin yuxarı palatası.
  • Fiji Senatı — Fiji Adaları Respublikası parlamentinin yuxarı palatası.
  • Filippin Senatı (filip. Senado ng Pilipinas) — Filippin Respublikası parlamentinin yuxarı palatası.
  • Finlandiya Senatı (fin Suomen senaatti) — əvvəlcə Finlandiya Böyük Hersoqluğunun, daha sonra isə müstəqil Finlandiya hökumətinin qanunvericilik və məhkəmə orqanı idi.
  • Fransa Senatı (fr. Sénat) — qanunvericilik hakimiyyətinin qollarından biri olan müasir Fransa parlamentinin yuxarı palatası.
  • Haiti Senatı (Portuqalca: Le Sénat de Haïti) — Haiti Respublikası parlamentinin yuxarı palatası.
  • İordaniya Senatı (ərəb. مجلس الأعيان‎, Məclis ə-Ayan) — İordaniya parlamentinin yuxarı palatası.
  • İrlandiya Senatı — İrlandiya Parlamentinin yuxarı palatası.
  • İspaniya Senatı (isp. Senado de España) — Cortes Generales-in (İspaniya Parlamenti) yuxarı palatası.
  • İtaliya Senatı (it. Senato della Repubblica) — İtaliya Parlamentinin yuxarı palatası.
  • Kamboca Senatı (khm. Protsaphea) — Kamboca Krallığı Parlamentinin yuxarı palatası.
  • Kanada Senatı (ing. Senate of Canada, fr. Sénat du Canada) — monarx (General Qubernator tərəfindən təmsil olunur) və İcmalar Palatasının yanında Kanada Parlamentinin üç tərkib hissəsindən biridir.
  • Kolumbiya Senatı (isp. Senado de la República de Colombia) — Kolumbiya Respublikası Parlamentinin yuxarı palatası.
  • Konqo Demokratik Respublikasının Senatı — Konqo Demokratik Respublikası parlamentinin yuxarı palatası.
  • Konqo Respublikasının Senatı — Konqo Respublikası parlamentinin yuxarı palatası.
  • Qabon Senatı (Portuqalca: Le Sénat du Gabon) — Qabon Respublikası parlamentinin yuxarı palatası.
  • Qazaxıstan Respublikası Parlamentinin Senatı (qaz. Қазақстан Республикасы Парламентінің Сенаты) — Qazaxıstan Respublikası Parlamentinin yuxarı palatası.
  • Qrenada Senatı — Qrenada parlamentinin yuxarı palatası.
  • Lesoto Senatı — Lesoto krallığı parlamentinin yuxarı palatası.
  • Liberiya Senatı — Liberiya Respublikası parlamentinin yuxarı palatası.
  • Madaqaskar Senatı — Madaqaskar Respublikası parlamentinin yuxarı palatası.
  • Malayziya Senatı — Malayziya parlamentinin yuxarı palatası.
  • Meksika Senatorlar Palatası (isp. Cámara de Senadores/Senado) — Meksika Birləşmiş Ştatları parlamentinin yuxarı palatası.
  • Nigeriya Senatı — Nigeriya Federal Respublikası parlamentinin yuxarı palatası.
  • Özbəkistan Respublikası Oliy Məclisinin Senatı (özb. O'zbekiston Respublikasi Oliy Majlis Senati) — Özbəkistan Respublikası parlamentinin yuxarı palatası.
  • Pakistan Senatı — Pakistan parlamentinin yuxarı palatası.
  • Palau Senatı — Palau Respublikası parlamentinin yuxarı palatası.
  • Paraqvay Senatı — Paraqvay Respublikası parlamentinin yuxarı palatası.
  • Polşa Senatı — 1989-cu ildən bəri Polşa parlamentinin yuxarı palatası.
  • Rusiya Senatı — Rusiya Federasiyası Federal Məclisinin (Federasiya Şurası) yuxarı palatası üçün qeyri-rəsmi addır.[4].
  • Ruanda Senatı — Ruanda Respublikası parlamentinin yuxarı palatası.
  • Rumıniya Senatı (rum. Senatul României) — Rumıniya parlamentinin yuxarı palatası.
  • Sent-Lüsiya Senatı — Senat-Lüsiya parlamentinin yuxarı palatası.
  • Seneqal Senatı (fr. Le Sénat du Sénégal) — Seneqal Respublikası parlamentinin yuxarı palatası.
  • Tayland Senatı (tay วุฒิสภาไทย/Wutthisapha Thai/; hərfi mənada: Tayland Ağsaqqallar Şurası; əvvəllər eyni məna daşıyan tay "พฤฒิสภาไทย" /Phruetthisapha Thai adı altında gedirdi) — Tayland krallığı parlamentinin yuxarı palatası.
  • Uruqvay Senatorlar Palatası (isp. Cámara de Senadores) — Uruqvay çayının şərq sahili Respublikası parlamentinin yuxarı palatası.
  • Yamayka Senatı — Yamayka Parlamentinin yuxarı palatası.
  • Zimbabve Senatı — Zimbabve Respublikası parlamentinin yuxarı palatası.
  1. 1 2 "СЕНАТ • Большая российская энциклопедия - электронная версия". bigenc.ru. 19 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2022.
  2. ↑ "Сенат - Большая Советская энциклопедия - Энциклопедии & Словари". enc-dic.com. 2 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2017.
  3. ↑ "ПО УКАЗУ ПЕТРА I В РОССИИ УЧРЕЖДЁН ПРАВИТЕЛЬСТВУЮЩИЙ СЕНАТ". 15 avqust 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2018.