Digər insanlar öz səhvlərindən utanırlar. Mənim üçün isə şəxsi səhvlərimi dərk etmək - qürur mənbəyidir.
Diqqəti cəmləmək məsələsinə gəldikdə, heç nə bu işdə təhlükə qədər mahir ola bilməz. Aydın fikirləşmək üçün mənə mütləq ilham lazımdır, risklə bağlı ilham.
Mən bizneslə məşğul olduğumu düşünmürəm. Mən pullarımı digər insanların idarə etdiyi kompaniyalara qoyuram. Bu isə o deməkdir ki, mən əslində tənqidçiyəm. Sözün əsl mənasında mən bu baxımdan dünyada ən çox əməkhaqqı ödənilən tənqidçiyəm.
Mən digər insanların irəli sürdüyü qaydaları qəbul etməmişəm. Əgər mən bunu etsəydim, bəlkə də artıq həyatda yox idim.
Mən heç zaman verilmiş qaydalar çərçivəsinə oynamır, həmişə oyunun qaydalarını dəyişməyə çalışıram.
Mən hesab edirəm ki, səhvlər və yanılmalar insanın həyatında mutasiya və biologiya qədər vacib rol oynayır.
Mən həmişə maliyyə vəziyyətimin mənə verdiyi imkanlardan daha sadə yaşamışam.
Mən kifayət qədər tənqidi ruhlu insanam və nöqsanları təkcə ətrafdakı insanlarda deyil, həm də özümdə axtarıram.
Mən istənilən bir investisiya tezisində səhv axtarıram. Mən səhvi aşkar edəndə daha əminliklə hərəkət edirəm. Mən yalnız pozitiv tərəfləri görəndə nədənsə çox narahat oluram.
Mən işləməyi sevmirəm. Mən sadəcə qərar qəbul etmək üçün lazım olan mütləq minimumu edirəm.
Mən qanuna riayət edən insanam, amma elə rejimlər var ki, onlara tabe olmaq deyil, müqavimət göstərmək lazımdır.
Mən maksimal dərəcədə nəzarət, lakin minimal dərəcədə tənzimlənmə tərəfdarıyam.
Mən maliyyə bazarlarını öz fəlsəfi nəzəriyyələrimi sınaqdan keçirmək üçün bir laboratoriya kimi istifadə etmişəm.
Mən ona görə diqqətimi karyera və pula cəmlədim ki, bizim cəmiyyət pulun əhəmiyyətinin həddindən artıq şişirdilməsinə meyllidir. Onlar dəyərləri pulla ölçməyə adət ediblər.
Mən öz karyeramı quranda varlı və zəngin insanların rəyini soruşmadım, indi isə mənim belə bir imkanım olanda, buna ayıracaq vaxtım yoxdur.
Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz.
Mən yenə də əvvəlki tək özümü tamahkar və eqoist insan hesab edirəm... Mənim ehtiyaclarım həddindən artıq böyükdür və mən yenə də öz maraqlarımı hər şeydən üstün tuturam.
Mənə dahi statusu vermələri məni çox əyləndirir.
Məni həm minnətdarlıq, həm də yaltaqlıq eyni dərəcədə utandırır.
Mənim qərarlarım nəzəriyyə və gizli bir daxili instinktin ahəngi əsasında qəbul edilir.
Mənim özəlliyim ondadır ki, konkret bir investisiya tərzinə riayət etmirəm.
Mənim prinsipim ondan ibarətdir ki, əvvəlcə sadəcə sağ qazanmaq uğrunda mübarizə aparmaq lazımdır, daha sonra qazanmaq.
Mənim üçün ən böyük təhlükə onda idi ki, mən əlimdə olan bütün hakimiyyət və nüfuza görə qazandığım çoxlu pullara borclu olduğumu etiraf etməli idim.
Öləndən sonra kiminsə mənim adımı xatırlaması mənim üçün əhəmiyyətli deyil, mən istəyirəm ki, hal-hazırda baş verən hadisələrin gedişatına təsir göstərə bilim.
Sənin haqlı və ya haqsız olmağın qətiyyən vacib deyil. Vacib olan sənin haqlı olanda nə qədər pul qazanmağın və səhvə yol verəndə nə qədər pul itirməyindir.