Sunay Akın
Doğum tarixi 12 sentyabr 1962
Doğum yeri Ortahisar
Sunay Akın — Türkiyə yazıçısı, şair.
Anlamadan yaşamaq lazım olurmuş. Amma bəzən unutmaq lazım olurmuş, unudulma bahasına. Zaman deyilmiş gedəni gətirən, əslində zamanmış var olanı aparan.[ 1]
Bəlkə də yaralarımızı üfləyərkən öyrəndik fit çalmağı.
Bəzən başını alıb gedə biləcək qədər cəsur; Və bəzən qalıb hər şeyə göz yumacaq qədər ürəkli ola bilməlidir insan.
Bəzən dünyanın ən çətin peşəsidir.. Öz duyğularına tərcüməçi olmaq!
Bəzən susmaq lazım olurmuş, bəzən bomboş baxmaq lazım olurmuş həyatın yalanlarına. Anlamağa çalışmaq axmaqlıq!
Bilirəm; sabahlarım dünəndən fərqsiz. Həyatmı mənə küsdü, mənmi ona küsdüm xatırlamıram; bu aralar pis küsmüşük.
Bir gün deyirəm.. Bir gün gələcək və oyananda ilk ağılıma gələn sən olmayacaqsan.
Böyüdüm artıq… Anladım ki, nağıllardakı qədər günahsız deyilmiş heç kim. Sevmək ağrıdır, getmək vərdiş olmuş əlaqələrdə!
Bu qədər ürək qırıqlıqlarına baxmayaraq kiçikliyimdə etdiyim kimi küləyi arxama alıb qışqırmaq istəyirəm həyata: Ağrımadı ki!
Bütün gücünlə sevmə, sevgisindən əmin olmadığn adamı. Və unutma, Bu gün səni tərk edən; dünən uğruna öləcəkdi!
90–60 — 90-nı hamı bilir, əlbəttə ki bədən ölçüləridir. Amma bir də 200–70 — 60 var, unutmayın bu da tabut ölçüləridir.
Eşq; bir baxıma sobaya toxunmaq kimidir. Bir dəfə yanarsan, İzi qalar. Sonra bir daha toxunmazsan, yalnız yanına yaxınlaşarsan.
Eşq saqqızdan çıxan sözlər qədər sadə olmağa davam etdikcə, insanlar da onu çiynəyib tüpürməyə davam edəcəklər.
Etiraf etməliyəm ki, "səninlə hər şey gözəldir"! Amma etiraf etmək lazımdır ki, sənsiz daha da gözəldir.
Eynilə sevilməyən bir müəllim kimidir qəlbim. Barmaq qaldıranların inadına, həmişə dərsdən anlamayanları seçdi.
Əldən düşmə sevdalar deyil istədiyim. Ürəyinin sahibi olmalıyam ya da heç bir şeyin. Ürəyinin sahibi deyilsəm, əhəmiyyəti yox bir şeyin.
Əlindən gələni etdikdən sonra, sıra ayağından gələni etməkdə; "Getmək kimi məsələn."
Əslində hər şey, tükənən bir qələmə tükənməz dedikləri qədər yalandır.
Həsrətin tərifi yoxdur, kim nə demişsə səbəbi çarəsizlikdir. Yanımdaykən belə sənə doya bilməzkən, necə izah edilər ki sənsizlik!
İki uşaq rahatlıqla oturduğumuz qapının eşiyinə, öz başıma çətin sığıram bu gün. Böyüdükcə insan təkmi qalır?
İkimiz də eyni şeyi düşünürük; Mən səni, sən özünü.
İnsan , inandığı şeylər uğrunda möhtəşəm səhvlər edə bilər deyirlər. Sanki inanmaqdan daha da möhtəşəm səhv etmək olarmış kimi.
Kədərlənmə getdi deyə, bu ilin dəbi belədi! 3 gün sevər sonra bezər, sənin axtardığın Əsli ilə Kərəm 21-ci əsrdə nə gəzər?!
Kədərlənmirəm. Bir gün dayanar əlbət könülümdəki dərin sızı. Həmişə xeyirsiz deyil bu insanlar; bir gün məni də tapar xeyirlisi.
Kim bilər, bəlkə yaralarımızı üfləyərkən öyrəndik, fit çalmasını.
Kimsə bilsin istəmirəm ürəyimin qırıldığını. Və buna görə hər kəsdən gizləyirəm; Üzüm gülərkən içimin ağladığını.
Mənim atam onun atasını döyərmi bilmirəm; amma, bir qadının qəlbi kişinin qəlbini yerlə bir edər.. Həmişə də etmişdir.
Nə qəribə şeydir bu xoşbəxtlik! Getdimi gedər, çağırsan da gəlməz, gəlsə də qalmaz, qalsa belə bəs etməz.
Oyuncaq və insan ürəyi çox bənzər bir-birinə. Bəzən təmiri olmaz ikisinin də.
Sevgi; Sevdiyin adamın xoşbəxt olduğunu gördükcə onun xoşbəxtliyi ilə xoşbəxt ola bilmə sənətidir.
Sevmək, xəyal qurmaq qədər asandı. Amma unutmaq; Qurduğun xəyalların reallaşması qədər çətindi.
Sevmək ürək istər deyil, Hər ürək sevmək istər, yalnız sevdiyinə sonuna qədər sahib çıxa bilmək, cəsarət istəyər.
Sən məndənmi soruşursan təkliyi sevərsənmi deyə? Mən ki; çayı belə iki şəkərlə içərəm, birlikdə ərisinlər deyə.
Söylədiyin hər yalandan sonra "kaş ki həmişə uşaq qalsaydım" demə. Çünki söylədiyin hər yalanda kifayət qədər kiçildin onsuz da gözümdə.
Uşaq deyiləm artıq, böyüdüm. Bir az yorğun, bir az inciyəm yenə də. Yetər artıq! Gedən yolunu, qalan yerini bilsin sadəcə.
Yanındaykən belə darıxıramsa sənin üçün, necə izah edilə bilər sənsizlik?
↑ Sunay Akından Dəyərli Cümlələr