⚽ Live Match: Match Update & Schedules - Jadwal Siaran Langsung

قاراسئودا        Qarasevda

Gözləri sel ortasında əl qol çalan , Tanımadığı birinin gözlərinə ilişti

 

Yerdə

Qurumuş qanın üstünə

Yağış yağırdı...

Qardaşım

Qanın yerdə qalmayacaq!

نوشته شده در دوشنبه هفدهم شهریور ۱۳۹۳ساعت 13:56 توسط محمد صفری| |

                                                  


            

















Vurulmuş bir quş

Qanadını həyətinizə sərib

Uçmaq xiyallarını

.Qanıyla yazır qarlara

Gəl oxu

Qar

...Qar üstünə yağmadan



نوشته شده در پنجشنبه سوم آذر ۱۳۹۰ساعت 20:29 توسط محمد صفری| |

 

yasaq

 

 

 

 

 

 

 

 

 

 

 






  

Kəpənək

Özün

Evimizdəki ışıqdan ötür

Cama çırpıb

.Yerə düşdü

!Bizim evdə eşq yasaqdır

 

نوشته شده در شنبه سی ام مهر ۱۳۹۰ساعت 23:35 توسط محمد صفری| |

Gözlərini

axıtma gözlərimdən

qoy bu dəniz

.......uzaqlara calansın

نوشته شده در چهارشنبه چهارم خرداد ۱۳۹۰ساعت 15:40 توسط محمد صفری| |

sebr

 

sigaramın acı dadın

tüpürməyim gəlsədə

;udqunuram

sənə

! hirslənməyəcəyəm bu gecə

نوشته شده در دوشنبه پنجم اردیبهشت ۱۳۹۰ساعت 9:35 توسط محمد صفری| |

Savaşın

Savaşın

Sülh bayrağın

Yel qalxızıb göyə

نوشته شده در جمعه بیستم اسفند ۱۳۸۹ساعت 11:15 توسط محمد صفری| |

umud 

Əzrayıl qapıda gözləyir

Mən damdan aşacağam

نوشته شده در دوشنبه بیستم دی ۱۳۸۹ساعت 23:23 توسط محمد صفری| |

 

qarlı havada

araba birin yerə yaxandan sonra

başmağımın bağına ilişən qarışqa ilə

ortalıqdan yox oldum

yolun sonu ikiyə ayrılırdı

ayaq izi olmayan yola ayaq qoydum

arxamca

ayaq izlərimə qar yağirdi

qarın çox yağmasından yol itmişdi

daha mənə hər yan yol olmuşdu

gecə qaranlığında

dəniz qırağında dayanan

bir gəmiyə sıxılıb yatdım

oyandığımda

dənizin ortasından baş çıxartdım

başmağıma ilişən qarışqa

yox olmuşdu

və mən

nədən yola çıxdığımı düşünürdüm

نوشته شده در یکشنبه سیزدهم تیر ۱۳۸۹ساعت 0:44 توسط محمد صفری| |

 

doqquz ay

budaqlarında

cücərdib becərtdiyi yarpaqlarını

qışın gəlişinə qurban verirdi ağac

və rahatca yuxuya gedirdi

quru yarpaqların xış - xış laylasila

mən pəncərədən belə görürdüm

نوشته شده در یکشنبه شانزدهم خرداد ۱۳۸۹ساعت 13:7 توسط محمد صفری| |

 

yolum

son duraq

başlanqıcdı deyə

ölümə çatırdı

sən son duraqda iydin

ey azadlıq

نوشته شده در دوشنبه بیست و هفتم اردیبهشت ۱۳۸۹ساعت 1:9 توسط محمد صفری| |

Səni unutam deyə

Kitabımın kağızına

 yazdığım adını qaraladım

İndilər

O qaralanmış kağız

Səni yadıma salır

نوشته شده در شنبه چهارم اردیبهشت ۱۳۸۹ساعت 23:6 توسط محمد صفری| |

yerə düşmüş kölgənə

yavaşdan əlimi vurdum

heç diskinmədin

çəkinmədin

səni qaçırtmaq üçün atım yox iydi

evsiz iydim

kölgəndə uzanıb yatdım

saçlarının kölgəsi gözümə girirdi

gözümü yümdüm

oyandığımda

hər yan kölgən olmuşdu

bilmədiyim yerlərə getmişdin

mən

qibləni tapa bilməyən sufi tək

dörd dövrəmə fırlanıb

səni axtarırdım

əlim bilmədən bir qapıya dəyir

qapıni biri açır

birini gözləyirdi

fərhad kimi leyliyə rastlamışdım

yanar bir şəmdən atılan kəpənək kimi

alavlanan qanadını

sönmüş şəmimin üstünə sərir

ürəyimə od vurur

bu alavlanan yaşayışımda

sən düşünülmürdün

bilirdim

sənə faciədir yadımdan çıxasan

yel tək əsib

yanan ürəyimi söndürdün

və yenə yox oldun

 

نوشته شده در سه شنبه چهارم اسفند ۱۳۸۸ساعت 13:26 توسط محمد صفری| |

O qara at

gecəni şəpə kimi üstümə çapdıranda

sinəsindəki iki ulduzun

üsyanına cavab,

az qalırdı

alma toxumların səpələyə ətəyinə əllərim!

 

 

نوشته شده در یکشنبه یازدهم بهمن ۱۳۸۸ساعت 0:14 توسط محمد صفری| |

hansı bir yellə

Ayaq altından uçarkən

Telinə yerləşdim

Oldum gecələrin tək ulduzu

نوشته شده در شنبه نوزدهم اردیبهشت ۱۳۸۸ساعت 12:19 توسط محمد صفری| |

Tanrı

Mənə bir ulduz bağışladı

Mən

Bütün gecələrimi

Ulduza pay verdim

 

نوشته شده در پنجشنبه شانزدهم آبان ۱۳۸۷ساعت 14:58 توسط محمد صفری| |

 

Sən dönmüşdün

Qatil

Cinayət yerinə dönən kimi

نوشته شده در شنبه نهم شهریور ۱۳۸۷ساعت 13:20 توسط محمد صفری| |

    

 

Mən saz çalıram

Anam saçın yolur....

نوشته شده در پنجشنبه هفدهم مرداد ۱۳۸۷ساعت 16:47 توسط محمد صفری| |

m.səfəri 

 

Axtarıb saz düzəltmək üçün tapdığım ağacı

Uçmaq üzrə olan bir duvara

Dayaq vurmuşdular .

 

نوشته شده در شنبه هشتم تیر ۱۳۸۷ساعت 23:10 توسط محمد صفری| |

 

 

Günəş ilə

Qarın

Ilk görüşü

Son görüşü olacaq !

نوشته شده در پنجشنبه شانزدهم خرداد ۱۳۸۷ساعت 20:51 توسط محمد صفری| |

Şaşırdı. Nənədən daha üşümürəm !?

Dünən düzətdiyi qar qızdan

Sadəcə bir yerkökü

Qalmışdı qucağında.

نوشته شده در یکشنبه هفتم بهمن ۱۳۸۶ساعت 20:58 توسط محمد صفری| |

 

 

baxışlarına bir gecə qalır

göz yaşımla dəstnamaz  aldım

şeirlerimlə namaz qıldım.

Yarın ağıl sınırların aşıbda

yüzlərcə ovçunun dirnaqlarından səni qopardıb

dömrül gücüylə səni yasaq dilimlə yazacağam boyumuza

küçələrə kölgə salan bütün dustaqlıq yerinə

 

  

  

  

 

نوشته شده در جمعه بیست و هفتم مهر ۱۳۸۶ساعت 23:35 توسط محمد صفری| |

Design By : Night Melody