Məzmuna keç

Jorj Sand

Vikipediya, azad ensiklopediya
Jorj Sand
fr. George Sand
Təxəllüsü George Sand, for Amantine-Aurore-Lucile Dudevant (født Dupin)[1]
Doğum tarixi 1 iyul 1804(1804-07-01)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 8 iyun 1876(1876-06-08)[3][4][…] (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Bağırsaq keçməzliyi
Dəfn yeri
Fəaliyyəti jurnalist, sahibə[d], romançı, gündəlik yazıçısı[d], qadın hüquqları fəalı[d], librettoçu, bəstəkar
Əsərlərinin dili fransız dili
İstiqamət romantizm
İmza
Vikimənbənin loqosu Jorj Sand Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jorj Sand (1 iyul 1804[2][3][…], Paris – 8 iyun 1876[3][4][…], Noan-Vik[d], Endr[3]) — Fransa yazıçısı. Bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır.

Aurore Dupinin ulu babası Saksoniyalı Moris idi. 1695-ci ildə qardaşının ölüm səbəbini araşdırarkən Hannover Seçkiçisinin əmri ilə öldürülən Filipp fon Köniqsmarkın bacısı Marie Aurore fon Köniqsmarck (1662–1728), Saksoniya Seçkiçi, gələcək Polşa kralı Güclü Avqustla görüşdü və onun məşuqəsi oldu. 1696-cı ildə o, Moris adlı bir oğlu dünyaya gətirdi; sevgililər uşaq doğulmamışdan əvvəl ayrıldılar. Marie Aurore Quedlinburg Abbeyində məskunlaşdı və orada məşhur bir ictimai salon yaratdı.Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir.

1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır. Bu əsər böyük müvəffəqiyyət qazanmışdır. Sonra o, "Valentina" (1832) və "Konsuelo" (1842) əsərlərini yazmışdır. Parisdəki evində Jorj Sand dahi yazıçılarla görüşürdü. Onun yaxın dostları Alfred de Müsse, Henrix Heyne, Onore de Balzak, İvan Turgenev və müğənni Polina Viardo olmuşlar.

Jorj Sand romanlarla yanaşı bir neçə nağıl, povest də yazmışdır. XIX əsrdə yazıb-yaradan yerli yazıçılarda olduğu kimi, onun yaradıcılığında da Fransanın adət-ənənələri, milli ədəbiyyatı haqqında əsərlər vardır.

Uşaqlar üçün J. Sand "Nənəmin nağılları" (1873), "Mələyin tozu", "Güllər nədən danışır?" və s. nağıllar yazmışdır. Bu nağılları əsasən öz nəvələri üçün yazmışdır. Nağılların süjetini o, xalqın içərisindən götürürdü. Nağıllarda pedaqoji tərbiyəyə də üstünlük verirdi. Bu nağıllarda o, insanın insana hörmətini, kiçiklərin böyüklərə hörmətini, xeyri şərdən ayırmağı canlandırmağa çalışmışdır. Jorj Sand 1876-cı ildə vəfat etmişdir.

  1. ↑ George Sand (buk.). // Store norske leksikon. ISSN 2464-1480. (İstifadə tarixi: 17 oktyabr 2026).
  2. 1 2 F. S.. Sand, George (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information. / ed. Hugh Chisholm. 11 New York, Cambridge, England: University Press. 1911. Vol. 24. P. 131–135.
  3. 1 2 3 4 5 6 Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия. 1962—1978.
  4. 1 2 George Sand (ing.). // Benezit Dictionary of Artists. 5 Oxford University Press. 2006. ISBN 978-0-19-977378-7. (İstifadə tarixi: 9 oktyabr 2017).