Populizm

Populizm (lat. populus) — xalqın maraqlarının cəmiyyətdə hər hansı cəhətdən məhdudlaşdırmasının qarşısının alınması və xalqın xeyrinin düşünüldüyünü önə sürərək edilən fəlsəfi çıxış və ya ifadədir. Əsasən siyasi partiyaların hakimiyyətə gəlmək üçün istifadə etdikləri siyasi üsuldur. Bəzən populizm demokratiyanın olmadığını və ya demokratiyanın zəif nöqtələrini göstərərək, mövcud rejimə, ideologiyaya, ya da hökumətə qarşı çıxma, onu tənqid etmək deməkdir. Bəzən isə mövcud rejimlər öz populist ifadələri ilə öz hakimiyyətlərinin təhlükəsizliyini təmin etməyə çalışırlar.[1][2]
Populizm geniş kütlələrə müraciət edən və onlara kəskin sosial problemlərin tez və asan həllini vəd edən bir siyasətdir.[3]
Xüsusiyyətlər
[redaktə | vikimətni redaktə et]Populizmin əsasında siyasi qüvvənin kütlələrin etimadını və dəstəyini qazanmaq və xalq tərəfindən sevilmək istəyi dayanır. Eyni zamanda, populist siyasətçilərin əsl məqsədləri ( hakimiyyət uğrunda mübarizə , varlanma və s.) adətən sosial cəhətdən cəlbedici ideyalar altında gizlədilir.[4]
Populistlər ritorikalarını adi insanların iqtisadi və sosial maraqlarını vurğulamağa əsaslandırırlar. 1980-ci illərdən bəri bir çox populizm alimi onu yalnız bir deyil, bir çox ideologiyaya xidmət edə bilən ritorik üslub kimi qəbul etmişdir. Təbliğ edilən ideologiyadan asılı olaraq, solçu və sağçı populizm arasında fərq qoyulur.[5]
Bir çox populistlər özlərini müəyyən sahənin (ölkələrin, regionların və ya işçilər, qadınlar, şəhər sakinləri, kənd sakinləri, müəyyən bir sənayenin işçiləri və s. kimi müəyyən sosial qrupların) müdafiəçiləri kimi təqdim edirlər. Populistlər ritorikalarında əhalinin əksəriyyətinin maraqlarını təmsil etdiklərini iddia edirlər.[6]
- Populizmin möhkəm tərəfdarı olan Vilyam Cenninqs Brayanın 1896-cı ildən bəri Amerika Demokratik Partiyasının rəmzini udduğu bir cizgi.
- “1%” ə (elitaya) qarşı “99%” (xalq) ritorikası ilə beynəlxalq İşğal hərəkatı populist bir ictimai hərəkata nümunə oldu.
Ümumiyyətlə, populizmin mənası müasir dövrdə müxtəlif cür izah olunur, ölkələrə görə dəyişir. Sağçı və solçu populistlərin olması fikri də məhz bundan qaynaqlanmışdır.[7]
Ölkələrə görə populizm
[redaktə | vikimətni redaktə et]- Amerika Birləşmiş Ştatlarında – Xalq Partiyası və ya Populist Partiyası (ing. Populist Party) ABŞ-da 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində mövcud olan və bir neçə ABŞ prezident seçkilərində "üçüncü partiya" kimi iştirak edən solçu populist siyasi partiya idi. Partiyanın üzvləri populistlər adlanırdılar.[8]
- Rusiya İmperiyasında – 1860-70-ci illərdə "Narodniklər" həm aqrar sosializmin üstünlük təşkil etməsinin tərəfdarları, həm də kapitalizmin qatı əleyhdarları idilər.[9]
- Braziliya və Argentinada – 1930-cu illərdə avtoritar rejimlər, onların mahiyyəti proteksionist iqtisadiyyatın tətbiq edilməsi idi.[10]
- Qərbi Avropada – 1980-ci illərdə hərəkat. Bu daha çox radikal sağçı populizm kimi Qərbi Avropada özünü göstərirdi.[11] Politoloqlar qeyd edirlər ki, 1980-ci illərin populistləri sonrakı ifrat sağçı partiyaların ideoloji təməlini qoymuşlar. Onların əsas ideyası Qərbi Avropa siyasi kursunu dəyişdirərək, diqqəti ənənəvi sosial problemlərdən kimlik, mədəniyyət və təhlükəsizlik məsələlərinə yönəltməkdir.[12]
Müasir dövrdə populizm
[redaktə | vikimətni redaktə et]Müasir dövrdə müxtəlif siyasi rejimlərdə populizm aşağıdakı mexanizmlərlə özünü büruzə verir:
- Sadə cavablar və vədlər – mürəkkəb iqtisadi və ya sosial problemlərin (inflyasiya, işsizlik və s.) asan və dərhal həll ediləcəyinə dair verilən qeyri-real vədlər.
- Xarizmatik hakimiyyət və liderlik – siyasətin institutlardan (parlament, məhkəmə) çox, birbaşa liderin obrazı üzərində qurulması və onun özünü xalqın yeganə təmsilçisi elan etməsi.[13]
- Düşmən obrazının yaradılması – daxili və ya xarici “düşmənlərin” (müxalifət, xarici dövlətlər, trans milli korporasiyalar, milli və ya cinsi azlıqlar) axtarılması və ictimai diqqətin real idarəçilik problemlərindən yayındırılması.[14]
- Emosiyaların manipulyasiyası – rasionallıq və arqumentlərdən daha çox qorxu, qürur və ya qəzəb kimi hisslərə müraciət edilməsi.[15]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Maykl, Koks. "Populizmin qlobal anlamı" (PDF). www.lse.ac.uk (ingilis). 31 may 2026 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 may 2026.
- ↑ Ezgi, Elçi. "Avtoritar populizm". www.researchgate.net (ingilis). İstifadə tarixi: 31 may 2026.
- ↑ "Populizm nədir? - Analitik yazı". Səs İnformasiya Agentliyi (az.). İstifadə tarixi: 31 may 2026.
- ↑ Qribovski, Vasiliy. "Populizm elmi araşdırmaların obyekti kimi" (elektron). cyberleninka.ru (məqalə) (rus). Moskva, Rusiya. İstifadə tarixi: 2026.05.31.
- ↑ "Правый популизм: особенности политического феномена". cyberleninka.ru. 6 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2026.
- ↑ ""Populizm nədir və niyə bu qədər yayılıb?" » Pressline.az". Pressline.az. İstifadə tarixi: 31 may 2026.
- ↑ kun.uz. "Что такое популизм? В чем разница между правыми и левыми популистами?". Kun.uz (rus). 27 iyun 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2026.
- ↑ "ПОПУЛИСТЫ • Большая российская энциклопедия - электронная версия". old.bigenc.ru. 29 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2026.
- ↑ ""ХОЖДЕНИЕ В НАРОД" | это... Что такое "ХОЖДЕНИЕ В НАРОД"?". Словари и энциклопедии на Академике (rus). 31 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2026.
- ↑ "Latın Amerikasında sənayeləşmənin mənşəyi (Nümunələr olaraq Argentina və Braziliya ilə)". www.dissercat.com (rus). İstifadə tarixi: 31 may 2026.
- ↑ Betz, Hans-Georg. "Radical Right-Wing Populism in Western Europe". 1 yanvar 1994.
- ↑ "The rise of right-wing populism in Europe". en.majalla.com (ingilis). 7 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2026.
- ↑ Глухова, Александра Викторовна. "Популизм как политический феномен: вызов современной демократии". Полис. Политические исследования (4). 2017: 49–68. ISSN 0321-2017.
- ↑ "Популизм и авторитаризм оборачиваются ограничениями свободы слова". Новости ООН (rus). 6 noyabr 2017. 31 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2026.
- ↑ "SİYASƏTDƏ MÜASİR MANİPULYASİYANIN PRİNSİPLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ". КиберЛенинка (rus). 31 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2026.