Ulan-Bator
| Ulan-Bator | |
|---|---|
| Улаанбаатар ᠤᠯᠠᠭᠠᠨᠪᠠᠭᠠᠲᠤᠷ | |
| | |
| 47°55′16″ şm. e. 106°54′19″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1639 |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 1.350 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | 210 |
| Nəqliyyat kodu | УБ_, УН_ |
| Digər | |
| ulaanbaatar.mn | |
Ulan-Bator[1] (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı.
Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir.[2]
Tarixi
[redaktə | vikimətni redaktə et]Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir. Şəhərdə beynəlxalq hava limanı vardır.
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Ulan-Batorda metal və ağac emalı, evtikmə sənayesi inkişaf edib.
Mədəni, elmi və təhsil müəssisələri
[redaktə | vikimətni redaktə et]Təhsil və elmi müəssisələr
[redaktə | vikimətni redaktə et]Şəhərdə Monqolustan Elmlər Akademiyası və Ulan-Bator Dövlət Universiteti fəaliyyət göstərir.
Mədəni müəssisələr
[redaktə | vikimətni redaktə et]Muzeylər: Mərkəzi muzey, Zərif incə sənət muzeyi, Din muzeyi.
Cəlbedici yerlər: Boqda-ula dağ qoruğu, Ulan-Batordan qərbdə Böyük Monqol imperiyasının Çingizlilər dövründəki paytaxtının (Qaraqorum) arxeoloji qazıntıları.
| Dövlət opera teatrı | Drama teatrı | Milli Qalereya |


