1938-ci ildə rayon mərkəzi Qaradonlu kəndindən İmişliyə köçürülmüşdür. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960[2]-cı ildə isə rayon tabeli şəhər statusunu almışdır.
2006-cı ildə İmişlidə Azərsun Holdinq şirkətinin sərmayəsi ilə Cənubi Qafqazda ən böyük şəkər emalı zavodu olan İmişli Şəkər Zavodu açılmışdır. Zavoda bütövlükdə 97 milyon dollar sərmayə qoyulub. Zavod hər gün 1000 ton olmaqla il ərzində 300–350 min ton şəkər emal edəcək. 10 milyon dollar əlavə sərmayə qoyuluşundan sonra zavodun emal gücünün daha 50% artacağı planlaşdırılır. Zavodunun işçi heyəti 1.400 nəfərdir.[3]
Müseyib bəy Əxicanov — Azerbaycan Demokratik Cumhuriyyetinin qurucularından biri, Bakı quberniyasının qubernatoru.
Vüsal Qasımlı — Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, İqtisad elmləri doktoru, professor.
İltizam Əkbərli — İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Milli Məclisin deputatı.
↑Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8