Hümmət Şahbazi - Klassikadan modernizmə axan poeziya
Hümmət Şahbazi - Klassikadan modernizmə axan poeziya
Klassik / yeni
klassik / klassik şeir
klassik sözü bizim tarixi anlayışımıza çağdaş zamanda hopmuşdur. keçmiş zamanlarda ümumiyətlə çağdaş termini olmadan onun qarşı
tərəfi olan köhnə və ya əski termini də yox idı. «əski» sifəti şeirə aid deyiləsi bir termin deyildir. bəzi təzkirəçilər, bir sıra şairlərin üslubundan danışarkən «bədii və ya təzə şeir» olduqlarına işarə edirlər. ancaq bu «təzəlik» həman «divan» anlayışı çərçivəsindən qırağa çıxmırdı. şeirdə bəzi fərqliliklər yaradan şairlərin üslubuna bu sözü işlədirdilər. yəni məsələ bu kəlmənin işlənib işlənməməsində deyil. ümumiyətlə modern düşüncə bizə axıb gəlməmişdən öncə, əski ədəbiyyat heç zaman özünü çağdaş, və özündən öncəki ədəbiyyatı isə «əski» ya buna bənzər başqa bir adla sadalamayıbdır. təzkirələrdə bəzən fılan şairin yeni üslubu olduğuna işarə olunur; ancaq bu yeni üslub ümumi bir üslub olmadan, həman əski ədəbiyyat çərçivəsində bir üslub olduğuna işarədir.
https://edebiyyat.az/edebi-tenqid/2393-hummet-sahbazi-klassikadan-modernizme-axan-poeziya.html






















بو وئبلاگ ادبی - نظری وئبلاگ دیر بو ساحه لرده بوتون یازی لاری قبول ائده رک یازارلارین اؤز آدلاریلا یایماغا حاضیردیر